Tehran neft emalı zavoduna hücum xəbərlərini təkzib edib
İsrail Tehran neft emalı zavoduna (NEZ) hücum etməyib, müəssisə adi qaydada işləyir.
Agah.az İran mətbuatına istinadən xəbər verir ki, bunu NEZ-in rəsmi nümayəndəsi Şaker Hafai bildirib.
“Biz səhər saatlarında Tehran neft emalı zavodunun İsrail rejiminin hücumuna məruz qalması ilə bağlı yayılan xəbərləri təkzib edirik. Hazırda Tehran NEZ adi qaydada işləyir”, – o qeyd edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45