İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçib
İpoteka və Kredit Zəmanət Fondu inzibati binanın və avadanlıqların sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “PAŞA Sığorta” ASC-dir.
Qalib şirkət göstərdiyi xidmətlərə görə 14,6 min manat sığorta haqqı alacaq.
Sığorta xidməti çərçivəsində Fondun Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 4 və 5-ci mərtəbələrində yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin icbari sığortası, eləcə də bu əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası həyata keçiriləcək. Çıxarışa əsasən, 4 milyon 480,9 min manat dəyərində olan 1 min 991,5 kv. metr qeyri-yaşayış sahəsi sığortalanacaq.
İnzibati binada yerləşən daşınar əmlak isə 29,3 min manat məbləğində sığortalanacaq. Bu əmlaka kompüter və rabitə avadanlıqları, mebel və digər avadanlıqlar daxildir. Kompüter və rabitə avadanlıqları üçün minimal sığorta məbləği 10,4 min manat, mebel və digər avadanlıqlar üçün isə 18,8 min manat təşkil edir.
Bundan əvvəl Fond daşınmaz əmlakın könüllü və icbari sığortası, eləcə də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası ilə bağlı tender keçirib.
(055) 436-46-45