Nazir: Universitetlərdə tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var

Nazir: Universitetlərdə tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var
Dostuna göndər xəbərdən agah olsun:

Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır.

Bu barədə  elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsinin texniki xarakterli olduğunu bildirib: “Əslində, bu, indiki mərhələdə texniki dəyişikliklərdir. İkili diplomlar həyata keçirilir, ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün qanunvericiliyə uyğunlaşdırma lazımdır”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45