Azərbaycanın dəmir yollarında ödəniş üztanıma ilə həyata keçiriləcək
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) stansiyalarında ödənişlər tezliklə üztanıma, yəni yeni nəsil rəqəmsal imza olan SİMA ilə həyata keçiriləcək.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzİnTelekom” MMC-nin nümayəndəsi Tamerlan Məşhədihəsənli bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə ADY ilə birgə işlərə başlanılıb: “Bu, yaxın vaxtlarda mümkün olacaq. Hazırda şirkət daxilində yenilik test olunur. Testlər uğurlu olsa, növbəti ildən bunun yerli bazarda satışına başlayacağıq”.
“İndiyə qədər SİMA-ya 10-dan çox bank qoşulub. 6-7 bankla isə qoşulma prosesi davam edir. Vətəndaşlr üçün bu həllin istifadəsi pulsuzdur. Banklarla münasibətlər isə aramızdakı tərəfdaşlıq çərçivəsində tənzimlənəcək. Hazırda bu sistemə qoşulan bankların sayının azlığı ödənişlərlə deyil, rəqəmsallaşma ilə bağlıdır. Həm yerli bankların, həm də bank olmayan kredit təşkilatlarının rəqmsallaşmaya ehtiyacı var. Bu, SİMA-ya inteqrasiya üçün vacibdir”, – deyə T.Məşhədihəsənli əlavə edib.
(055) 436-46-45