Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib
Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə seçkilərdə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib.
Bu barədə Mamuka Mdinaradze sosial şəbəkədəki səhifəsində yazıb.
“Mən bütün vətəndaşlara, siyasi baxışlarından asılı olmayaraq, müraciət edirəm: nə baş verməsindən asılı olmayaraq, şəxsiyyət vəsiqələrinizi heç kimə verməyin. Həm iştirakınıza, həm də seçiminizə görə hər birinizi məsuliyyət daşımağa çağırıram!”, – deyə Mamuka Mdinaradze sosial şəbəkədəki səhifəsində yazıb.
Əvvəllər Mdinaradze bəzi müxalifət qüvvələrinin qarşıdakı seçkiləri nüfuzdan salmaq üçün konkret addımlar atmaq niyyətində olduqlarını, o cümlədən verifikasiya və səslərin sayılması aparatlarını zədələmək və saxta “karusel” imitasiyası etmək planlarının olduğunu bildirmişdi.
(055) 436-46-45