Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Dostuna göndər xəbərdən agah olsun:

Bakının Zığ dairəsi-Hava Limanı yolunda yağışlı hava şəraiti ilə əlaqədar olaraq bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edək ki, oktyabrın 21-də Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45