AFFA rəsmisi Avropa çempionatının pley-off mərhələsinə təyinat alıb
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
O, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsində keçiriləcək Gürcüstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45