İsrail Livanda “Hizbullah”ın 65-dən çox yaraqlısını zərərsizləşdirib

İsrail Livanda “Hizbullah”ın 65-dən çox yaraqlısını zərərsizləşdirib
Dostuna göndər xəbərdən agah olsun:

İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah” radikal təşkilatının 65-dən çox yaraqlısını məhv ediblər.

Bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

“Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirib və “Hizbullah”ın 65-dən çox terrorçunu məhv edib, eyni zamanda “Hizbullah”ın onlarla terror hədəfini, o cümlədən İsrailin mülki vətəndaşlarına yönəlmiş mövqeləri, atəş qurğularını və terror infrastrukturu obyektləri vurub”, – ordunun xəbərində bildirilir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin indiyədək bu səylər heç bir ciddi dəyişikliyə səbəb olmayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45