Sibirdə ağır yol qəzasında 3 nəfər ölüb
Rusiyanın Omsk şəhərinin yaxınlığında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.
Bu barədə regionun prokurorluğu məlumat yayıb.
Prokurorluğun mətbuat xidməti bildirib ki, yol qəzası Omsk – Krasnoyarka şosesinin 32-ci kilometrliyi ərazisində “Toyota” və “Lada Qranta” avtomobillərinin iştirakı ilə baş verib.
“Qəza nəticəsində avtomobillərin sürücüləri, habelə “Lada”nın sərnişini aldıqları xəsarətlərdən yerindəcə keçiniblər. “Toyota” avtomobilinin sərnişini ağır zədələrlə tibbi müəssisəyə çatdırılıb”, – məlumatda bildirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, daha əvvəl Ermənistanda baş vermiş yol-nəqliyyat hadisəsində 10 nəfər yaralanmışdı.
(055) 436-46-45