Azərbaycanda üzümçülüyə dair ekoloji riskləri müəyyən etmək üçün tədqiqatlar aparılır

Azərbaycanda üzümçülüyə dair ekoloji riskləri müəyyən etmək üçün tədqiqatlar aparılır
Dostuna göndər xəbərdən agah olsun:

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu qlobal iqlim dəyişikliyi səbəbindən üzümçülükdə meydana çıxan ekoloji risklərin müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparır.

Bunu  açıqlamasında institutun direktoru Vüqar Səlimov bildirib.

Onun sözlərinə görə, qlobal istiləşmə fonunda üzüm bağları bir çox amillərin təsirinə məruz qalır: “Bunlar üzümçülüyə və şərabçılığa mənfi təsir göstərir. Xüsusən dəmyə şəraitində yetişdirilən üzümlüklərə iqlim dəyişkənlikləri əsaslı təsir göstərir. Buna görə də instutut olaraq Şamaxı, Xocavənd, eləcə də digər dağlıq və dağətəyi ərazilərdə dəmyə şəraitində yetişdirilən üzümlüklərdə tədqiqatlar apararaq yeni yanaşmalar əsasında becərmə proqramları müəyyən etmişik. Şamaxı rayonunda 6 hektarda, Xocavənd rayonunda 15 hektarda dəmyə şəraitində becərmə proqramları tətbiq edilərək, üzüm tənəkləri quraqlıq və yüksək temperaturun təsirlərindən qorunaraq yüksək məhsuldarlıq əldə edilib”.

“Bu becərmə texnologiyalarında torpaqda nəmliyinin qorunması, yağıntılardan səmərəli istifadə, tənəyin yarpaq səthinin və məhsul yükünün optimalaşdırılması, torpaq becərmələrinin, o cümlədən də ekoloji risklərin fəsadlarının yumşaldılmasına yönəlmiş kökdənkənar gübrələmələrin tətbiqi və s. tövsiyə edilir”, -deyə V.Səlimov vurğulayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45