Energetika naziri Göygöldə vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov oktyabrın 18-də Göygöl şəhərində vətəndaşları qəbul edib.
Agah.az Nazirliyə istinadən xəbər verir ki, qurumun aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, şəbəkəyə qoşulma, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda Gəncə, Goranboy və Tovuz rayonlarından olan 15 vətəndaş iştirak edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45