Hacıqabulda mikroavtobus iki piyadanı vuraraq öldürüb

Dostuna göndər xəbərdən agah olsun:

Hacıqabulda mikroavtobus iki nəfəri vuraraq öldürüb.

AGAH.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə saat bir radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı mikroatobus yolu keçən piyadaları vurub.

Onlardan biri – Muğan sakini, 1996-cı il təvəllüdlü İbadov Murad Elçin oğlu hadisə yerində keçinib, onun həmkəndlisi,1997-ci il təvəllüdlü Rzaquliyev Kənan Azər oğlu isə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)