İndiyə qədər COP29-u işıqlandırmaq üçün 2 min 700 media nümayəndəsi qeydiyyatdan keçib
İndiyədək COP29-u işıqlandırmaq üçün 2 min 700 media nümayəndəsi qeydiyyatdan keçib.
Bu sözləri jurnalistlərə açıqlamasında COP29-da Media əməliyyatları üzrə direktor Pirim Pirimov deyib.
Onun sözlərinə görə, Media Mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir. P.Pirimov bildirib ki, eyni anda çalışmaq üçün 1200 media nümayəndəsi üçün şərait yaradılıb:
“Xırda detallar var ki, üzərində işlər gedir. Media, tv və radio, yazılı mətbuat üçün iş otaqları ayrılıb. Tv və radio yayımçıları üçün 330 iş, 300 yazı masası ayrılıb”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45