KİV: “FETÖ Türkiyə-Azərbaycan münasibətlərinə dəstək verənlərə qarşı hücuma keçib”

Dostuna göndər xəbərdən agah olsun:

Məqalədə qeyd olunub ki, yerli mətbuatda, həm də bəzi məclislərdə illərdir Türkiyə-Azərbaycan münasibətləri üçün çalışan önəmli Türkiyə vətəndaşları və azərbaycanlılar haqqında mənfi atmosfer yaradılır: “Türkiyə və Azərbaycanın düşməni olan FETÖ-çülərin iki ölkə arasında münasibətlərdə problem yaratmaq üçün fövqəladə səylər göstərdiyi barədə məlumatlar var. Yalan və böhtana əsaslanan saxta sənədlərlə Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyan addımlar atılır. İki ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qurulan fövqəladə güclü münasibətlərin “şəxsi ambisiyaları” ucbatından boşa çıxarılması istənilir”.
Daha sonra 15 ildir Azərbaycana gedib-gəldiyini vurğulayan müəllif Türkiyə mediası və ictimai rəyində Xocalı və Qarabağ mövzusunun prioritet olduğunu, bu istiqamətdə gərgin fəaliyyətə də toxunub. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi günlərində Türkiyə mediası Azərbaycana fövqəladə dəstəyi ilə seçilib.
“Biz hər dəfə azərbaycanlı dostlarımızla söhbət edir, dəyişiklikləri yaxından izləyirik. Eyni zamanda, Azərbaycanda yaşayan kifayət qədər dostlarımız var. Hər fürsətdə onlarla görüşmək imkanımız olur. Biz Prezident İlham Əliyevin bərpa və quruculuq işlərini yaxından izləyirik. TİKA və Maarif Vəqfi ilə hər fürsətdə məsləhətləşir, Azərbaycan mediası ilə sıx əməkdaşlıq edirik. Azərbaycanın Türkiyə üçün nə demək olduğunu anlayırıq”.
Müəllif Bakıdakı keçmiş səfir Ünal Çeviközi sərt tənqid edib. Bildirib ki, bu kimi adamların fəaliyyəti dövründəki münasibətlərdən indi əsər-əlamət belə yoxdur. Daha sonra iki qardaş xalq arasında münasibətlərin güclənməsində fədakarlıqla çalışmış şəxslərin adlarnı çəkib. Vurğulayıb ki, həmin qəhrəmanlardan biri də əvvəlki səfir Erkan Özoraldır. Vətən müharibəsi dövründə onun da böyük xidmətləri olub.
Qeyd edək ki, 1990-cı illərin sonundan ABŞ-də məskunlaşan “din xadimi” Fətullah Gülənin rəhbərliyi ilə yaradılmış bu gizli və transmilli terror təşkilatı təhsil və ictimai hərəkat pərdəsi altında dünyanın onlarla ölkəsində məktəblərə, iş yerlərinə, mediaya, dövlət və hökumət institutlarına, hüquq-mühafizə orqanlarına, məhkəmə və ədliyyə sistemlərinə, hərbi qurumlara, bank və maliyyə sektoruna sıza bilib.
FETÖ 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd edib. Hadisə nəticəsində 180-i mülki şəxs olmaqla, 250-dək Türkiyə vətəndaşı qətlə yetirilib. Bir çox ölkələr FETÖ-nü terror təşkilatı kimi tanıyır.
Azərbaycan və Türkiyə FETÖ-yə qarşı birgə mübarizə aparı
Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)