İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb

İranda məktəblilərə pulsuz süd verilməsi dayandırılıb
Dostuna göndər xəbərdən agah olsun:

İranda məktəblilərə pulsuz süd verilməsi layihəsinə maliyyə vəsaiti ayrılmayıb.

 

Məlumatı “ir.voanews” yayıb.

 

Bildirilib ki, İranın Səhiyyə və Ərzaq Təhlükəsizliyi Ali Şurasının Baş Katibliyi bu barədə açıqlama yayıb.

 

Açıqlamaya əsasən, İranın 62 min məktəbində 8 milyon 300 min məktəbliyə bu tədris ili maliyyə çatışmazlığı səbəbindən pulsuz süd verilməyəcək. Qurumun başçısı Məhəmməd İsmayıl Mütləq “Passiv müharibə dövründə Ərzaq təhlükəsizliyi üzrə konfransı”nda Büdcə və plan təşkilatından bu sahəyə maliyyə vəsaiti ayrılmasını istəyib.

 

Yerli mütəxəssislərin qənaətincə, Tehran hakimiyyəti hər il müxtəlif ölkələrdə siyasi-dini ideologiyasını təbliğ etmək üçün milyonlarla maliyyə vəsaiti xərcləyir. Onlar bildirib ki, hökumət Qəzza zolağında HƏMAS-a, Livanda “Hizbullah”a, Yəməndə husilərə milyonlarla dollar xərcləyir, onlara müxtəlif hərbi texnika ötürür.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45