Xocalida traktorun minaya dusməsi nəticəsində xəsarət alan səxsin vəziyyəti aciqlanib yenilənib-foto

Dostuna göndər xəbərdən agah olsun:

Avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Əfqan Ələkbərli yüngül xəsarətlərlə TƏBİB-in tabeliyindəki Şuşa Modul Tipli Xəstəxanaya hospitalizasiya olunub.

Qeyd edilib ki, zəruri tibbi yardım göstərilib: “Vəziyyəti qənaətbəxşdir. Ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”

Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində traktorun minaya düşməsi zamanı bir nəfər xəsarət alıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, avqustun 24-də Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xocalıda traktor minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman bir ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Partlayış nəticəsində xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)