Səbail rayon rəhbərliyi Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib
Agah.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Tağıyev Əli Aydın oğlunun ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin ailəsinin qayğıları ilə maraqlanan Vuqar Zeynalov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət tərəfindən göstərilən dəstəyin davam etdiyini vurğulayıb.
Şəhidin atası Aydın Tağıyev dövlətin yaratdığı şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, Əli Tağıyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq, 13 oktyabr tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun qəhrəmanlığı dövlət başçısı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə ölümündən sonra təltif edilib.
Açar sözlər: şəhid ailəsinə ziyarət, Səbail rayon rəhbərliyi, Vətən müharibəsi şəhidi, dövlət qayğısı
Açar cümlələr: şəhid ailəsinə dəstək tədbirləri, Vətən müharibəsi şəhidlərinin xatirəsi, Səbail rayonu şəhid ziyarəti
(055) 436-46-45