Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı
Agah.az xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulmasına qarşı keçirilən əməliyyat tədbirləri zamanı rayon ərazisində qanunsuz ov edən Z. Məmmədov və H. İsmayılovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, saxlanılan şəxslərdən iki ov silahı, patronlar və qanunsuz ovlanmış çöl quşları maddi sübut kimi götürülüb. Hazırda Şabran RPŞ-də faktla bağlı araşdırmalar davam etdirilir.
Açar sözlər: Şabran qanunsuz ov, ov silahı müsadirə, mülki silah qaydalarının pozulması
Açar cümlələr: qanunsuz ov edən şəxslər saxlanıldı, ov silahı və patronlar götürüldü, Şabran polisi əməliyyat tədbirləri
(055) 436-46-45