Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri barədə qərar verilib

Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri barədə qərar verilib
Dostuna göndər xəbərdən agah olsun:

Məhkəmə külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidov barədə qərar verib.

 

Bu barədə  onun vəkili Anar Mövsümoğlu məlumat verib.

 

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində H.Seyidov barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

 

Xatırladaq ki, H.Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

 

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, sabiq şöbə müdiri müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət alıb.

 

H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45