Bakıda FHN-in xilasediciləri 6 nəfəri xilas etdi – İntihara cəhdin qarşısı alındı
Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Nərimanov və Yasamal rayonlarında 2 mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma, Nərimanov rayonunda 2 ünvanda doqquzmərtəbəli binalarda liftdə qalma və Səbail rayonunda 1 nəfərin intihara cəhd etməsi ilə bağlı müraciətlər daxil olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal çağırışlara cəlb olunaraq, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü azyaşlı olmaqla ümumilikdə 6 nəfər təhlükəsiz şəkildə xilas edilib.
Açar cümlələr: Bakıda xilasedicilər 6 nəfəri xilas etdi, intihara cəhdin qarşısı alındı, FHN Xüsusi Riskli Xilasetmə Xidməti, əməliyyat çəkilişi
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45