Britaniya Gürcüstanla dialoqu dondurub
Böyük Britaniya Gürcüstanla dialoqu dondurub və müdafiə sahəsi ilə bağlı danışıqları ləğv edib.
Agah. Az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord bildirib.
“Britaniya tərəfi 10 il ərzində ilk dəfə olaraq nazirlər arasında illik yüksək səviyyəli “Wardrop” dialoqunu dondurmağa qərar verib. Bu hal dialoq formatının yaradılmasından sonra ilk dəfə baş verib. Biz, həmçinin müdafiə qərargahları arasında planlaşdırılmış yüksək səviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, – o qeyd edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45