Şəhid Məmmədağa Səfərovun xatirəsi II Fəxri Xiyabanda anılıb
Agah.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımov və digər rəsmilər, şəhidin ailə üzvləri və döyüş yoldaşları şəhid Məmmədağa Səfərovun II Fəxri Xiyabandakı məzarını ziyarət edərək, onun xatirəsini ehtiramla yad ediblər. Məzar üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxışında, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərə verilən yüksək qiymət və onların ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. O, hər bir şəhid ailəsinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.
Şəhidin ailə üzvləri də, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Məmmədağa Səfərov Vətən müharibəsinin ilk günlərində döyüşlərə qatılaraq, oktyabrın 21-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi qəhrəmanlığa görə, Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Açar cümlələr: Şəhid Məmmədağa Səfərovun anımı, Səbail Rayon İcra Hakimiyyəti və tədbir, şəhid ailələrinə dövlət qayğısı.
(055) 436-46-45