Azərbaycan Prezidenti İlham Əliyevin İspaniya Kralına təbrik məktubu
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb.
Agah.az xəbər verir ki, bu barədə President.az məlumat yayıb.
Məktubda Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Krallığının milli bayramı münasibətilə Kral VI Felipeyə və İspaniya xalqına öz adından və Azərbaycan xalqı adından səmimi təbriklərini və xoş arzularını çatdırıb:
“Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.”
Açar cümlələr: Azərbaycan Prezidenti təbrik məktubu, İspaniyanın milli bayramı, Kral VI Felipe, Azərbaycan-İspaniya münasibətləri.
(055) 436-46-45