İcra başçısı ilə birgə həbs edilən sabiq baş həkim vaxtından əvvəl azadlığa buraxılıb
Sabunçu Rayon Məhkəməsi, Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilən rayon xəstəxanasının sabiq baş həkimi Məhəmməd Musayevin vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edib.
Qərara əsasən, cəza müddətinin 2/3 hissəsini çəkmiş Məhəmməd Musayev, qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.
2020-ci ilin avqust ayında korrupsiya ittihamları ilə həbs edilən Məhəmməd Musayev, daha əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Ali Məhkəmənin qərarı ilə onun cəzası 4 il 4 aya endirilib.
Açar sözlər: Məhəmməd Musayev, vaxtından əvvəl azadlıq, korrupsiya ittihamı, məhkəmə qərarı, Ceyhun Cəfərov.
(055) 436-46-45