Yeni Suraxanı qəsəbəsində qanunsuz tikililərin qarşısı alındı
Agah.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Yeni Suraxanı qəsəbəsində apardığı monitorinqlər zamanı qanunsuz tikinti faktlarını aşkarlayıb. Komitənin məlumatına görə, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində icazəsiz olaraq 100 kv.m və 60 kv.m ölçüdə tikililər, həmçinin qanunsuz zəbt edilən 0,03 hektar ərazidə hasarlanma işləri aparılıb.
Bütün bu qanunsuz faktlar üzrə müvafiq tədbirlər görülüb və tikililərin sökülməsi təmin edilib.
Açar sözlər: Yeni Suraxanı, qanunsuz tikinti, torpaq zəbt olunması, tikililərin sökülməsi, Bakı Şəhər Memarlıq İdarəsi
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45