DİN uşaqları ilə birgə çimərliyə gedən valideynlərə müraciət etdi-Foto

Dostuna göndər xəbərdən agah olsun:

Çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilib.
DİN-in mətbuat xidmətindən “AGAH.AZ” bildirilib ki, bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı nazirliyə məlumatlar daxil olub.

Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.
DİN vətəndaşlardan xahiş edib ki, övladlarını nəzarətsiz qoymasınlar.




Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)