Övladını görməyə gələn ananı uşağın gözü önündə öldürdülər
Türkiyədə övladını görməyə gələn qadın qətlə yetirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Eyüpsultan qəsəbəsində baş verib. Ərindən boşanan Kübra Gülər övladını görmək üçün Bursadan İstanbula gəlib. Burada onunla keçmiş ərinin ailəsi arasında mübahisə yaranıb.
Mübahisə zamanı qadının keçmiş qayınatası nəvəsinin gözü önündə gəlinini güllələyib. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri qadının öldüyünü müəyyən ediblər.
Polis qayınatanı saxlayıb, araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45