İsmayıllıda meşədə ağac kəsən 8 nəfər saxlanıldı
Agah.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində naməlum şəxslər tərəfindən qanunsuz ağac kəsimi faktları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun verdiyi məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib. Nəticədə, əməli törədən 8 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Hazırda faktlarla bağlı araşdırmalar davam edir.
Açar sözlər: İsmayıllı, qanunsuz ağac kəsimi, meşə, polis əməliyyatı, təbii sərvətlər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45