Naxçıvanda özəl sektorun inkişafına yönəlmiş dəstəkləyici tədbirlər müzakirə olunub

Naxçıvanda özəl sektorun inkişafına yönəlmiş dəstəkləyici tədbirlər müzakirə olunub
Dostuna göndər xəbərdən agah olsun:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyinin rəhbərlik etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı üzrə” əlaqələndirmə qrupunun onlayn formatda iclası keçirilib.

 

Bu barədə İqtisadiyyat Nazirliyi xəbər verir.

 

Tədbirdə Azərbaycan Prezidentinin Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, İqtisadiyyat, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.

 

İclasda əlaqələndirmə qrupunun 2024-cü il üzrə Yol Xəritəsinə uyğun olaraq Dövlət Proqramının icrası çərçivəsində aidiyyəti dövlət qurumları tərəfindən hazırlanmış və Komissiyanın müvafiq işçi qruplarında özəl sektorla müzakirəyə çıxarılması nəzərdə tutulan müvafiq sənəd layihələri barədə təqdimatlar edilib. Bildirilib ki, yeni layihələrin Komissiyanın aidiyyəti işçi qruplarının iclaslarında da müzakirəyə çıxarılması, praktik təcrübələrə əsaslanaraq özəl sektor, konsaltinq şirkətləri və biznes assosiasiyaları tərəfindən Komissiyanın rəqəmsal platforması vasitəsilə bu təklif və layihələrə özəl sektorun inkişafına yönəlmiş dəstəkləyici tövsiyələrin təqdim olunması müvafiq Tədbirlər Planının daha effektiv və keyfiyyətli icrasına töhfə verə bilər.

 

Tədbirdə həmçinin, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə monitorinq və qiymətləndirmə nəticələri barədə məlumat verilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45