Anar Quliyev Bərdədə vətəndaşları qəbul edəcək

Anar Quliyev Bərdədə vətəndaşları qəbul edəcək
Dostuna göndər xəbərdən agah olsun:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 11-də Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Laçın rayon sakinlərini qəbul edəcək.

Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102 ünvanında baş tutacaq.

Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 163, 599) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45