Türk Hava Yollarına məxsus təyyarənin kapitanı uçuş zamanı ölüb
Türk Hava Yolları təyyarənin Seatle-İstanbul uçuşu zamanı kapitan pilot həyatını itirib.
Məlumatı “TRT Haber” yayıb.
Türk Hava Yollarının açıqlamasında bildirilib ki, Seattle-İstanbul TK204 reysini həyata keçirən, qeydiyyatı TC-LGR olan “Airbus 350” tipli təyyarənin kapitan pilotu Rayonhin Pehlivan uçuş zamanı huşunu itirib.
Təyyarədə kapitan pilota edilən müdaxilə nəticəsiz qaldıqdan sonra heyət təcili eniş etmək qərarına gəlib, lakin kapitan təyyarə eniş etmədən vəfat edib.
Məlumata görə, uçuşdan öncə sağlamlıq müayinəsi zamanı onda heç bir problem aşkarlanmayıb. Açıqlamada 59 yaşlı Rayonhin Pehlivanın 2024-cü il martın 8-də Mülki Aviasiya Baş İdarəsi tərəfindən icazə verilən Aviasiya Tibb Mərkəzində dövri sağlamlıq müayinəsindən keçdiyi və vəzifələrini yerinə yetirməkdə ona mane olacaq sağlamlıq probleminin aşkar edilmədiyi də vurğulanıb.
Açıqlamada təyyarənin Nyu-Yorka eniş qərarı verildiyi, sərnişinlərin Nyu-York stansiyası vasitəsilə evlərinə dönməsinin planlaşdırıldığı bildirilib.
(055) 436-46-45