Səma Abiyevanın fotosessiyası sosial mediada müzakirə yaradıb
Səma Abiyeva sosial media hesabında paylaşdığı maraqlı fotosessiya ilə diqqət çəkib.
Agah.az xəbər verir ki, influenser paylaşımında izləyicilərinə “Siz də kitab oxuyanda son səhifədə olanlara göz atırsız?” sualını ünvanlayıb. Pozitiv fotoları izləyicilər tərəfindən çoxsaylı bəyənmə və müsbət rəylər alsa da, bəzi tənqidlər də diqqətdən qaçmayıb. Bir qrup izləyici Abiyevanın kitabların üzərində oturaraq poz verməsini tənqid edərək, “Kitabların üstündə oturaraq poz vermək hansı anlama gəlir?” və “Kitaba hörmət onların üstündə oturmaqla göstərilir” kimi şərhlər yazıb.
Qeyd edək ki, Səma Abiyeva radio və televiziya aparıcısı, avtobloger DJ Tural (Tural Yusifov) ilə ailəlidir.
Açar sözlər: Səma Abiyeva fotosessiya, sosial media müzakirələri, influenser paylaşımı, kitab tənqidləri, Səma Abiyeva DJ Tural.
(055) 436-46-45