Nərimanovda restoranda saxta spirtli içkilər aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Beer Loft” ictimai iaşə obyektində plandankənar yoxlama aparıb.
Agah.az xəbər verir ki, yoxlama zamanı obyektin saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 55 ədəd müxtəlif markalı araq məhsulu satdığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, normativ hüquqi aktların tələblərinə uyğun olmayan saxta spirtli içkilərin satışının qarşısı alınıb və bu məhsullar dövriyyədən çıxarılaraq məhv edilib.
Açar sözlər: AQTA yoxlama, Nərimanov “Beer Loft”, saxta spirtli içki, qanun pozuntusu, spirtli içkilərin məhvi.
İstinad: oxu.az
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45