Şəmkirdə avtomobil aşıb, iki qardaş xəsarət alıb

Şəmkir rayonunun Yeni Həyat kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Niva” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Atəş İsayev və Yusif İsayev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.