İstanbulda əməliyyat keçirilib, beş PKK şübhəlisi saxlanılıb

Türkiyənin İstanbul şəhərində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində beş şübhəli saxlanılıb.
Onlarla bağlı hüquqi prosedurlara başladılıb.