Bakıda yol qəzası olub, sıxlıq yaranıb
Bakıda yol qəzası olub.
Bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “ 20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45