Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb
Agah.az xəbər verir ki, Sumqayıt şəhərinin 17-ci mikrorayonunda qadın qaynı tərəfindən bıçaqlanıb.
Hadisə oktyabrın 7-də saat 21 radələrində baş verib. 1991-ci il təvəllüdlü Elnurə Fəxrəddin qızı Yusifova yaşadığı evdə qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov tərəfindən bıçaqla xəsarət alıb. Yaralı qadın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Rauf Yusifov saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Sumqayıt bıçaqlanma, qadın hücumu, qaynı tərəfindən bıçaqlanma, kriminal xəbər, polis araşdırması
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45