Azərbaycanda turistlər üçün yeni kampaniyaya start verilib

Azərbaycanda turistlər üçün yeni kampaniyaya start verilib
Dostuna göndər xəbərdən agah olsun:

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) birgə təşəbbüsü ilə Bakının turizm imkanlarının təbliği məqsədilə kampaniyaya start verilib.

Agentliy xəbər verir ki, kampaniya çərçivəsində AZAL-la səyahət edən yerli və xarici sərnişinlər sentyabrın 29-dan dekabrın 29-na kimi minik talonundan göstərilən tarixdən 48 saat ərzində “Bakı Şəhər Turu” avtobus biletlərinə 20 % endirim əldə edəcəklər.

29 sentyabr Azərbaycanda Turizm İşçiləri Günü münasibətilə AZAL sərnişinlərinə “Baku City Tour” avtobuslarında bir günlük pulsuz səyahət imkanı təqdim olunub.

Dünya təcrübəsində geniş istifadə olunan “Hop-On-Hop-Off” avtobus turları hər gün saat 11:20-dən 16:40-a kimi fəaliyyət göstərərək 80 dəqiqə müddətində paytaxtın əsas 15 turistik məntəqəsini əhatə edir. Avtobuslarda Azərbaycan, rus, ingilis, alman, fransız, fars, italyan və yapon dilləri daxil olmaqla 8 dildə ödənişsiz audio-bələdçi mövcuddur.

Avtobus turları haqqında ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq mümkündür: https://azerbaijan.travel/hop-on-hop-off-az

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45