İsrail, İranın raket hücumuna cavab verəcək

İsrail, İranın raket hücumuna cavab verəcək
Dostuna göndər xəbərdən agah olsun:

İsrail, oktyabrın 1-də İranın ona qarşı başladığı kütləvi raket hücumuna uyğun vaxtda cavab verəcək.

Agah.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) sözçüsü Daniel Haqari açıqlama verib. Onun sözlərinə görə, İranın bu hücumuna necə və nə zaman cavab veriləcəyi İsrailin siyasi rəhbərliyinin qərarlarına əsaslanacaq.

Britaniyanın “The Guardian” nəşri isə İsrailin oktyabrın 7-nə keçən gecə İrana cavab zərbəsi endirməyə hazırlaşdığını yazıb. Bu zərbə, 2023-cü ildə İsraildə HƏMAS hücumu nəticəsində baş verən faciənin ildönümündə həyata keçirilə bilər.

Açar cümlələr: İsrail İran raket hücumu, İsrailin cavab zərbəsi, oktyabrın 7-də hücum

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45