Bakıda avtomobil qadını vuraraq öldürdü

Dostuna göndər xəbərdən agah olsun:

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Mikayıl Əliyev küçəsində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Kia” markalı avtomobilin sürücüsü yolun əks tərəfinə keçmək istəyən 1960-cı il təvəllüdlü Natalya Armı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. “Kia” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.

Meyit morqa yerləşdirilib. Fakt üzrə araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)