Tütün tullantılarına görə cərimələr artırılır
Agah.az xəbər verir ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği kəskin şəkildə artırılır. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Təklifə əsasən, tütün tullantılarını ətraf mühitə atan şəxslər əvvəlki 50 manat cərimə əvəzinə, 300 manat ödəməli olacaqlar. Bundan başqa, bir il ərzində təkrar qanun pozuntusu törədənlər 700 manat məbləğində cərimə edilməklə, yaxud işin hallarına görə 60-100 saat ictimai işlə cəzalandırıla bilərlər.
Açar cümlələr: Tütün tullantılarına cərimə, İnzibati Xətalar Məcəlləsi dəyişiklik, ətraf mühit cərimə
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45