Bir həftə ərzində 350 ABŞ vətəndaşı Livanı tərk edib

Bir həftə ərzində 350 ABŞ vətəndaşı Livanı tərk edib
Dostuna göndər xəbərdən agah olsun:

Son bir həftə ərzində 350-yə yaxın ABŞ vətəndaşı və orada yaşamaq icazəsi olan şəxslər Vaşinqtonun təşkil etdiyi aviareyslərlə Livanı tərk edib.

 

Bu barədə “Associated Press” ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Bu təyyarələrdən sonuncusu bu gün Frankfurta eniş edib. Təyyarə 300 sərnişin üçün nəzərdə tutulsa da, göyərtədə cəmi 97 nəfər olub.

 

Son bir həftə ərzində 6 mindən çox amerikalı Livanı tərk etməklə bağlı məlumat almaq üçün ABŞ-nin Beyrutdakı səfirliyinə müraciət edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45