Sumqayıt Dəmiryol Vağzalında baş verən yanğın söndürülüb – YENİLƏNİB

Dostuna göndər xəbərdən agah olsun:

Sumqayıt Dəmiryol Vağzalında baş verən yanğın söndürülüb.

“Report”un yerli bürosu məlumat verir ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb.

İlkin ehtimala görə, kondisionerdə qısaqapanmadan sonra yaranan alov alkapon və naqillərə keçib.

22:21

Sumqayıt dəmir yolu vağzalında yanğın başlayıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub.

Yanğının qarşısını almaq üçün müvafiq işlər görülür.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)