Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb
Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb.
“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan “İqlim keçidlərində ali təhsilin rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır: “İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir”.
F.Qurbanov bildirib ki, bu həftə təhsil müəssisələrində “Yaşıl həftə” elan olunub: “Seminarlarla şagirdlərdə və tələbələrdə mədəniyyətin formalaşdırılmasına çalışırıq”.
(055) 436-46-45