Azərbaycan Prezidenti: Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk
Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə bu ölkənin milli bayramı – Alman Birliyi Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.
“İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, – deyə Azərbaycan Prezidenti qeyd edib.
Dövlətimizin başçısı noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycanın Almaniya ilə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45