İran Prezidenti Qətər əmiri ilə görüşmək üçün Dohada səfərdədir
İran Prezidenti Məsud Pezeşkian Qətərdə rəsmi səfərdədir.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bu, Pezeşkianın İran Prezidenti vəzifəsinə başladıqdan sonra ərəb ölkəsinə ilk səfəridir. Onun bu gün Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcəyi planlaşdırılır.
Pezeşkianın oktyabrın 3-də Qətərdə Asiya Əməkdaşlıq Dialoqunun üçüncü sammitində iştirak edəcəyi gözlənilir. 2023-cü ilin oktyabr ayından təşkilata İran sədrlik edir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45