Tofiq Həsənov ali rütbə və medaldan məhrum edildi
Prezident İlham Əliyev Tofiq Həsənovun ali xüsusi rütbədən və “Vətən uğrunda” medalından məhrum edilməsi ilə bağlı sərəncam imzalayıb.
Agah.az xəbər verir ki, sərəncam Tofiq Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması və məhkəmə qərarının qüvvəyə minməsi əsasında verilib. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı ilə o, ədliyyə general-mayoru rütbəsindən və dövlət təltifindən məhrum edilib.
Qeyd edək ki, sabiq Naxçıvan MR Penitensiar Xidmət rəisi 2023-cü ilin yanvar ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub və külli miqdarda rüşvət alma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
Açar cümlələr: Tofiq Həsənovun məhrum edilməsi, rüşvətalma ittihamı, Naxçıvan Penitensiar Xidmət, ağır cinayətlər.
(055) 436-46-45