Bu il Bakı metrosuna gətirilməli olan son 3 qatar Moskvadan yola salınıb
Bu il üçün Bakıya gətirilməsi nəzərdə tutulan son 3 qatar (15 vaqon) artıq Moskvadan yola salınıb.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, qatarlar bu ay Bakıya çatırılacaq: “Gələn il 4 qatarın, 2026-cı ildə isə 2 qatarın Bakıya çatdırılması planlaşdırılır. Bu il üçün nəzərdə tutulan 7 qatardan 4-ü artıq Bakıdadır. Xəttə buraxılacaq yeni qatarlar əsasən “Həzi-Aslanov”-“Dərnəgül” xətti üzrə hərəkət edəcək. Yeni qatarlardan 1-nin gələn həftə xəttə buraxılması nəzərdə tutulur”.
Xatırladaq ki, yaxın 3 ildə metroda 65 yeni nəsil vaqonu və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Bu qatarlardan 7-si və yaxud 35 vaqon 2024-cü ildə Bakıya gətirilməlidir.
(055) 436-46-45