Bakıda 85 km uzunluğunda avtobus zolaqları təşkil edilib
Agah.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 29 küçə və prospektində ümumi uzunluğu 85 km-dən çox olan xüsusi avtobus hərəkət zolaqları təşkil edib. Bu zolaqlar mobilliyin transformasiyası proqramı çərçivəsində tətbiq edilir və gündəlik 900 minə yaxın sərnişinin rahat daşınmasını təmin edir.
Növbəti mərhələdə 100 km-dən çox yeni avtobus zolaqlarının təşkili nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat dəhlizləri və yaşayış məntəqələrini birləşdirən şəbəkənin qurulmasına yönəlib.
Açar sözlər: Bakıda avtobus zolaqları, ictimai nəqliyyat, AYNA
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45