Sentyabr ayında 27 aptekdə yoxlama aparılıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin sentyabr ayı ərzində 27 aptekdə yoxlama aparıb.
Bu barədə mərkəzdən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri üzrə 25, respublikanın digər şəhər və rayonlarında isə 2 aptekdə yoxlama aparılıb:
“24 aptekdə planlı, 2 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 221.9 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.”
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45